10 
Yan
2023
22:47
51
212
1291
Virtual karabakh

Ukraynada elektrik enerjisindən istifadə limiti tətbiq edilib - FOTO

10 Yan, 2023
22:47
1291

Ukraynada elektrik enerjisindən istifadə limiti tətbiq edilib - FOTO

Ukraynada havaların kəskin soyuması səbəbindən elektrik enerjisi istehlakı artıb, buna görə də regionlara istehlak limitləri qoyulub.

Bu barədə “Ukrenergo”nun mətbuat xidmətindən xəbər verilib.

Bildirilir ki, enerji sistemində tarazlığı təmin etmək üçün regionlara sutka ərzində qüvvədə olan istehlak limitləri tətbiq edilib.

“Yanvarın 10-u saat 10:00-a olan məlumata görə, Ukraynada elektrik enerjisi istehlakı aşağı temperatur səbəbindən artıb. Sənaye və müəssisələr tərəfindən istehlak edilən enerjinin miqdarı da artıb ki, bu da bir iş günü üçün adi haldır. Nəticədə enerji çatışmazlığı artıb”, - deyə məlumatda bildirilir.

Qurum bir çox ərazilərdə limitlər keçdiyi üçün enerji sisteminin stabil işləməsinin təmin edilməsi məqsədilə bu addımın atıldığını vurğulayıb. Bundan başqa əlavə, paylayıcı sistem operatorlarının şəbəkələrində də zədələnmələr qeydə alınıb, həmin yerlərdə təmir işləri aparılır.

“Ukrenerqo” vurğulayıb ki, cəbhənin şərq və cənub rayonlarda hərbi əməliyyatların yüksək aktivliyi nəticəsində elektrik şəbəkəsinə ciddi ziyan dəyib və buna görə də elektrik enerjisi ilə bağlı vəziyyət çətin olaraq qalır.

“İndi elektrik enerjisi istehsal edən bir sıra elektrik stansiyalarının düşmən tərəfindən zədələnməsi, həmçinin elektrik enerjisinə olan tələbatı tam ödəmək gücündə olan Zaporojye AES-in zəbt olunması səbəbindən enerji sistemi istehlakı tam ödəyə bilmir. “Ukrenergo”, elektrik enerjisi istehsalçıları və paylayıcı sistem operatorları düşmənin raketləri və pilotsuz hücumları nəticəsində vurulmuş obyektləri bərpa etmək üçün daim çalışırlar”, - şirkətdən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri