10 
Yan
2023
16:24
120
18
1212
Virtual karabakh

Rusiya təyyarəsində bomba həyəcanı: Hərbi bazaya təcili eniş etdi - FOTO/VİDEO

10 Yan, 2023
16:24
1212

Rusiya təyyarəsində bomba həyəcanı: Hərbi bazaya təcili eniş etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvadan Qoa istiqamətində hərəkət edən Rusiyanın “Azur Air” şirkətinə məxsus təyyarə Hindistanın Qucarat əyalətində planlaşdırılmamış təcili eniş edib.

Təyyarədə bomba olduğu barədə xəbərdarlıq alınıb.  

Bu barədə Hindistanın Aviasiya Nazirliyindən məlumat verilib.

Sərnişinlərin sözlərinə görə, təyyarə Hindistanda üç saatdan çox yoxlanılıb. 250-yə yaxın sərnişin hava limanında yoxlamanın bitməsini gözləməyə məcbur olub.

Həmçinin təyyarənin göyərtəsində rusiyalı aktyor Oskar Kuçera da olub. Kuçeranın dediyinə görə, bomba xəbəri səbəbindən məcburi eniş edən təyyarə mülki hava limanına deyil, Hindistanın Qucarat əyalətindəki hərbi bazaya endirilib.

“Qucarat ştatında endik. Ekipaj komandiri bildirdi ki, bilmədiyimiz bir ərazidə dərhal eniş etməliyik. Təyyarədə bomba olduğu barədə zəng gəlibmiş. Bizə bunu demədilər, təbii ki. Biz baş verənlərdən məlumatsız idik”, - deyə aktyor hadisəni nəql edib.

Onun sözlərinə görə, təyyarədən endikdən sonra sərnişinləri əllərində pulemyot olan əsgərlər qarşılayıblar. Əsgərlər rusiyalı sərnişinləri və onların yüklərini diqqətlə yoxlayıblar.

Aktyor vurğulayıb ki, təyyarədə bomba aşkarlanmayıb.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri