14 
Yan
2023
06:52
282
37
1823
Virtual karabakh

ABŞ-də gizli sənəd qalmaqalı: Bayden cinayət məsuliyyətinə cəlb oluna bilər

14 Yan, 2023
06:52
1823

ABŞ-də gizli sənəd qalmaqalı: Bayden cinayət məsuliyyətinə cəlb oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden cinayət məsuliyyətinə cəlb oluna bilər.

Vitse-prezident olduğu vaxtlardan qalan və indi ofisində tapılan məxfi sənədlərə görə ona qarşı ittiham irəli sürülə bilər.

Bu barədə “Fox News” telekanalının hüquq məsləhətçisi Qreqq Carrett məlumat verib.

O, hazırkı Amerika lideri ilə ötən il oxşar vəziyyətə düşmüş sələfi Donald Trampı müqayisə edib. “Bu halda Bayden daha çox cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki Trampın sənədləri məxfilikdən çıxarmaq imkanı var idi. Bayden isə vitse-prezidentliyi dövründə sənədləri məxfilikdən çıxarmaq səlahiyyətinə malik olmadan qəbul edib”, - deyə Carrett bildirib.

O qeyd edib ki, Ağ Ev bu günə qədər Baydenin ofisində məxfi sənədlərinin aşkarlanmasına dair hər hansı münasibət bildirməyib.

Hüquq məsləhətçisi həmçinin vurğulayıb ki, məxfi sənədlərin icazə verilməyən yerdə saxlanması ABŞ-də cinayət hesab olunur.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri