17 
Yan
2023
16:57
215
56
7889
Virtual karabakh

Aleksey Arestoviç vəzifəsindən azad edildi - YENİLƏNİB + FOTO

17 Yan, 2023
16:57
7889

Aleksey Arestoviç vəzifəsindən azad edildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezident Ofisi Aleksey Arestoviçin ştatdankənar müşavir vəzifəsindən azad edilməsi barədə ərizəsini təsdiqləyib.

Bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna Prezident Aparatının rəhbəri Mariya Vituşok Arestoviçin vəzifədən azad edilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb.

13:17

Ukrayna prezident ofisinin müşaviri Aleksey Arestoviç istefa verib.

O, istefa məktubunu “Facebook” səhifəsində paylaşıb.

“Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhv varsa, istefaya getməlisən”, - deyə  qeyd edib.

Mənbə: Ukrainskaya Pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri