23 
Yan
2023
13:36
53
163
1450
yuxarı
Rusiyada koronavirusun yeni növü yayılıb
23 Yan, 2023
13:36
1450
53
163
Rusiyada koronavirusun yeni növü yayılıb
Rusiyanın Krasnoyarsk diyarında koronavirusun yeni ştammı “Cerberus”a ilk yoluxma halları qeydə alınıb.
Bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) Krasnoyarsk diyarı üzrə departamentinin rəhbəri Dmitri Qoryayev xəbər verib.
“Son iki həftə ərzində omikronun əvvəllər bizim subyektdə qeydə alınmayan genetik xətləri aşkar edilib - BQ.1.1 (“Cerberus”), BF.7 və BQ.1.2”, - deyə şöbə müdiri qeyd edib.
Qoryayevin sözlərinə görə, regionda koronavirus infeksiyasının “Hipoqrif” (XBB.1) ştammına yoluxma halları daha çox rast gəlinir, amma “kraken” ştammına yoluxma müəyyən edilməyib.
Mənbə: Kommersant
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək