24 
Yan
2023
10:56
102
6
2705
Virtual karabakh

Timoşenko istefa ərizəsi yazdığını təsdiqlədi - FOTO

24 Yan, 2023
10:56
2705

Timoşenko istefa ərizəsi yazdığını təsdiqlədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenko tutduğu vəzifədən getdiyini təsdiqləyib və bununla bağlı bəyanat yayıb.

Bu barədə o, “Telegram” hesabında qeyd edib.

“Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimadına və hər gün, hər dəqiqə yaxşı işlər görmək imkanı yaratdığına görə təşəkkür edirəm.

Rayon hərbi idarələrinin hər bir rəhbərinə təşəkkürlərimi bildirirəm. Biz sizinlə ölkədə güclü komanda qura bildik”, - deyə o bildirib.

Timoşenko həmçinin “mübahisələrdə konstruktiv olduqlarına görə” şəhər merlərinə, özünün komandasına, etimadına görə ukraynalılara, ölkəni qoruduğuna görə Ukrayna Silahlı Qüvvələrinə, eləcə də anlayış və dəstəyə görə ailəsinə təşəkkür edib.

Məmur hətta istefa məktubunun əlyazma versiyasını da göstərib.

Ukrayna Prezidenti Volodimir Zelenski artıq Timoşenkonun vəzifədən azad edilməsi haqqında fərman imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri