25 
Yan
2023
01:54
25
224
1894
yuxarı
Ukraynada koronavirusun yeni ştammı aşkarlandı
25 Yan, 2023
01:54
1894
25
224
Ukraynada koronavirusun yeni ştammı aşkarlandı
Ukraynada “Kraken” (XBB.1.5) adlı yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Virus Sumı rayon sakinində aşkarlanıb.
Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat verib.
“Hadisə Sumı vilayətində koronavirusa qarşı peyvənd kursu keçməmiş şəxsdə qeydə alınıb”, - məlumatda deyilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “Kraken” digər subvariantlardan daha təhlükəli olan xüsusi mutasiyalara malik deyil. Bununla belə, əvvəlki ştammlarla müqayisədə, yeni COVID-19 ştammı insanın immun reaksiyasından yayınmaqda çox effektivdir, yaşlı və immuniteti zəif olan insanlarda ciddi xəstəliklərə səbəb ola bilir.
Mənbə: rbc.ua
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək