27 
Yan
2023
03:05
9
341
3202
Virtual karabakh

Təcavüz nəticəsində dünyaya gələn körpələr yandırılıblar: Kanadada 66 yeni uşaq məzarı tapıldı

27 Yan, 2023
03:05
3202

Təcavüz nəticəsində dünyaya gələn körpələr yandırılıblar: Kanadada 66 yeni uşaq məzarı tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın Britaniya Kolumbiyası adlı qədim yaşayış məskənində qəbirləri axtaran komanda uşaq qəbirləri ola biləcək daha 66 qəbrə rast gəlib.

Araşdırma zamanı uşaqlara qarşı cinayətlərin qalıqları tapılıb.

Sağ qalanlarla aparılan müsahibələr və arxiv qeydlərinə əsasən, müəyyən edilib ki, katolik məktəbinin bağçasında cinsi təcavüz nəticəsində dünyaya gələn körpələr məktəb daxilində və xaricində yandırılaraq öldürülüblər.

Növbəti addım hazırda araşdırma aparılan ərazilərdə təxminən 159 işarəsiz məzardan potensial cəsədlərin çıxarılması olacaq.

Yanvarın 18-də Kanadanın Ontario şəhərində köhnə internat məktəbinin yerində məzar sayılan 171 yeni yer müəyyən edilib və bunların məktəbdə qalan uşaqların məzarları ola biləcəyi bildirilib.

Birincisi 1840-cı ildə Kanada hökuməti adından Katolik Kilsəsi tərəfindən açılan, sonuncusu isə 1997-ci ildə bağlanan internat kilsə məktəbləri 150 mindən çox yerli uşağın zorla ailələrin əllərindən alındığı yerlər kimi tarixə düşüb.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri