31 
Yan
2023
22:40
19
701
3837
yuxarı
Saakaşvili ağır vəziyyətdə reanimasiyaya köçürülüb
31 Yan, 2023
22:40
3837
19
701
Saakaşvili ağır vəziyyətdə reanimasiyaya köçürülüb
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili son bir neçə aydır yatdığı “Vivamedi” xəstəxanasında palatadan reanimasiyaya köçürülüb.
Onunla yaxın münasibətdə olan Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko yanvarın 31-də “Facebook” sosial şəbəkəsində Saakaşvilinin vəziyyətinin ağır olduğunu yazıb.
Sabiq dövlət başçısının vəziyyətinin ağırlaşdığı üçün reanimasiyaya köçürülməsi faktını onun vəkili Şalva Xaçapuridze də təsdiqləyib.
Lakin “Vivamedi” klinikası Saakaşvilinin hələ də palatada olduğunu iddia edir. Klinikanın direktoru Nino Nadiradze “O, köçürülməyib, palatadadır” deyə bildirib. Eks-prezidentin anası Qiuli Alasania isə oğlunun hələ səhər saatlarında huşunu itirdiyini və hərarətinin olduğunu barədə məlumat verib.
Mənbə: dw.com
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
28 
Apr
2024
21:41
Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
17
78
839
28 
Apr
2024
18:24
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
7
197
1924