31 
Yan
2023
22:46
415
18
1469
Virtual karabakh

Parisdə iğtişaşlar: Polis gözyaşardıcı qazdan istifadə edib – FOTO/VİDEO

31 Yan, 2023
22:46
1469

Parisdə iğtişaşlar: Polis gözyaşardıcı qazdan istifadə edib – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çərşənbə axşamı Paris sakinləri pensiya yaşının 2030-cu ilə qədər 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı son bir ayda ikinci dəfə kütləvi etiraz aksiyası keçiriblər.

Nümayiş Parisin tarixi mərkəzində yerləşən İtaliya meydanında başlayıb.

Həmkarlar ittifaqları bu dəfə Parisdə 100 min, Fransa boyu isə 1 milyondan çox insanı “Biz pensiya üçün daha iki il gözləməyə razı deyilik” şüarı ilə küçələrə çıxarıb.

Demokratik Əmək Konfederasiyasının nümayəndələrinin sözlərinə görə, nümayişlərdə yanvarın 19-a nisbətdə daha çox insan iştirak edib.

Beş kilometrlik yürüş Əlillər meydanında başa çatıb.

Yürüşün son dəqiqələrində polislə nümayişçilər arasında iğtişaş baş verib. Polis əməkdaşları onlara atılan daş və dəmir parçalarına qarşılıq gözyaşardıcı qazdan istifadə etməli olublar.

Etirazçılardan bəzilərinin saxlanıldığı bildirilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri