Fev
2023
22:24
277
18
899
Virtual karabakh

İbrahim Kalın: “Ukraynanın ərazi bütövlüyünü nəzərə alınmalıdır”

2 Fev, 2023
22:24
899

İbrahim Kalın: “Ukraynanın ərazi bütövlüyünü nəzərə alınmalıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sülh sazişi imzalanarkən Ukraynanın ərazi bütövlüyü və siyasi suverenliyi amilinin nəzərə alınması vacibdir.

Bu fikri cümə axşamı Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

“Gec və ya tez bağlanacaq sülh sazişi Ukraynanın ərazi bütövlüyü və siyasi suverenliyi amilini nəzərə almalıdır. Bu, istənilən danışıqlar üçün əsasdır”, - O, bildirib.

Türkiyə liderinin nümayəndəsi Ukraynada münaqişənin gərginləşməsindən narahat olduğunu bildirib.

“Çox çətin vəziyyət yaranıb. Münaqişənin miqyası böyüyür, qarşıdurma isə uzanır. Bu, Ukraynanın ərazi bütövlüyü, enerji və ərzaq təhlükəsizliyi üçün yaxşı heç nə vəd etmir”, - Kalın qeyd edib.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri