Fev
2023
19:58
17
315
2057
Virtual karabakh

SEPAH dul qadınlardan beynəlxalq narkotik ticarətində istifadə edir - VİDEO

2 Fev, 2023
19:58
2057

SEPAH dul qadınlardan beynəlxalq narkotik ticarətində istifadə edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə beynəlxalq narkotik ticarəti ilə məşğul olan iki iranlı qadın saxlanılıb.

Hadisə İstanbul hava limanında yaşanıb. Görüntülər sosial şəbəkələrdə yayılıb.

Türkiyə mediasının məlumatına görə, qadınlardan biri olan Samirə Nəcəfinin mərhum həyat yoldaşı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü olub və Suriyada öldürülüb. O, narkotik vasitələri Kərəcdəki təhlükəsizlik evində Reza Montazeri adlı mühafizəçidən aldığını etiraf edib.

Qadının üzərində 7 kq-a yaxın qadağan olunmuş maddə tapılıb.

Hər iki qadının əvvəllər heç vaxt qanunla problemləri olmadığı bildirilib.

Belə görünür ki, artıq SEPAH vaxtilə ona xidmət etmiş etmiş şəxslərin dul qadınlarından belə öz çirkin əməlləri üçün istifadə etməkdən çəkinmir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri