4 
Fev
2023
12:44
126
60
2247
yuxarı
Rusiyalı iş adamı Almaniyada hava limanını satın aldı
4 Fev, 2023
12:44
2247
126
60
Rusiyalı iş adamı Almaniyada hava limanını satın aldı
Almaniyada Nürburqrinq yarış trekinin sahibi olan “NR Holding” kompaniyası müflisləşən Frankfurt-Han hava limanını satın alıb. Reynland-Pfalts federal əyalətində yerləşən bu hava limanı üçün təxminən 20 milyon avro ödənilib.
Bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, “NR Holding”in arxasında rusiyalı biznesmen Viktor Xaritonin dayanır.
Bildirilir ki, notariat müqaviləsi artıq imzalanıb və pul vəsaiti hesaba köçürülüb.
Həmçinin qeyd edilir ki, Xaritoninin adı Aİ-nin sanksiyalar siyahısında yoxdur.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
21 
Mar
2023
12:00
Rusiya və Çin liderləri arasında mühüm görüş - Xəbərlərin 12:00 buraxılışı
12
25
233
21 
Mar
2023
11:36
Quranı yandırmaqla hədələyən isveçli fəalın Britaniyaya girişi qadağan edildi
250
2
516