Fev
2023
06:45
477
15
1940
Virtual karabakh

Fransada etirazlar kütləvi şəkil alıb - VİDEO

8 Fev, 2023
06:45
1940

Fransada etirazlar kütləvi şəkil alıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çərşənbə axşamı Fransa həmkarlar ittifaqları pensiya yaşının 62-dən 64-ə qaldırılmasına qarşı ölkə boyu kütləvi aksiyalarına başlayıblar. Nümayişlər iğtişaşlarla müşayət olunub.

Parisin mərkəzindəki yolların bir hissəsi günün sonuna qədər avtomobillər üçün bağlanıb. 11 minə yaxın hüquq-mühafizə orqanı asayişi qorumaq üçün səfərbər edilib.

Tətil edən ilk olaraq nəqliyyat işçiləri olub. Ümumi Əmək Konfederasiyasının (ÜƏK) çağırışı ilə regional qatarlara, o cümlədən ölkənin mərkəzi rayonlarına xidmət edən briqadalar işə gəlməyiblər.

Həmkarlar ittifaqları çərşənbə axşamı Fransada baş tutan üçüncü ümummilli aksiyanın hakimiyyət orqanlarının pensiya yaşını artırmaq planlarına qarşı mübarizədə dönüş nöqtəsi olacağını gözləyirlər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri