20 
Fev
2023
05:03
25
110
1487
Virtual karabakh

III Çarlzın tacqoyma mərasiminin himninin müəllifi məlum olub

20 Fev, 2023
05:03
1487

III Çarlzın tacqoyma mərasiminin himninin müəllifi məlum olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində səsləndiriləcək musiqilərdən biri bəstəkar, “İsa Məsih Superstar” rok operasının, həmçinin “Pişiklər” müziklinin müəllifi Endryu Lloyd Uebber tərəfindən yazılıb.

Bildirilir ki, kral tacqoyma üçün musiqini şəxsən seçib, çünki o, mərasimin həm ənənə, həm də müasir yanaşmaları birləşdirməsini istəyir.

Tacqoyma mərasimində orkestr üçün 5, xor üçün 5 və orqan üçün bir əsər təqdim olunacaq.

Həmçinin, tədbirdə Kralın atası, Korfu adasında doğulmuş şahzadə Filipin xatirəsinə yunan pravoslav musiqisi səsləndiriləcək. Bundan əlavə, klassik ingilis bəstəkarları - Berd, Hendel və Elqarın əsərləri ifa olunacaq.

Mənbə: mk.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri