24 
Fev
2023
02:58
6
126
3292
Virtual karabakh

ÜST-dən hamilələrlə bağlı qorxulu açıqlama: Hər iki dəqiqədə bir... - FOTO

24 Fev, 2023
02:58
3292

ÜST-dən hamilələrlə bağlı qorxulu açıqlama: Hər iki dəqiqədə bir... - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada hər iki dəqiqədə bir qadın doğuş və ya hamiləlik zamanı dünyasını dəyişir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Ana Ölüm Tendensiyası” hesabatından məlum olur.

Bildirilir ki, bu rəqəmlər 2015-ci ildən dəyişməyib, bəzi regionlarda isə daha da pisləşib.

Ölümün əsas səbəbləri kimi ağır qanaxma, yüksək qan təzyiqi, hamiləliklə bağlı infeksiyalar, təhlükəli abortdan yaranan fəsadlar və hamiləlik zamanı ağırlaşa bilən əlavə xəstəliklər (HIV/QİÇS və malyariya) göstərilib.

Təşkilatdan vurğulanıb ki, 2016-cı ildən 2020-ci ilə qədər BMT-nin səkkiz regionundan ikisində - Avropa və Şimali Amerikada ana ölüm nisbəti 17% artıb.

Bu tendensiya Latın Amerikası və Karib hövzəsində də görünüb (15%).

2020-ci ildə isə bütün ana ölümlərinin təxminən 70%-i Saxaradan cənubdakı Afrika ölkələrində baş verib.

Ekspertlər 2030-cu ilə qədər bir milyondan çox hamilənin ölə biləcəyini proqnozlaşdırırlar. ÜST bu səbəbdən dünya ictimaiyyətini ana ölümlərini azaltmaq üçün qlobal hədəflərə doğru irəliləyişi sürətləndirməyə çağırır.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri