10 
Mar
2023
16:44
133
9
2713
Virtual karabakh

Zəlzələdən sonra istanbullular Çekmeköy rayonuna köçürlər - FOTO

10 Mar, 2023
16:44
2713

Zəlzələdən sonra istanbullular Çekmeköy rayonuna köçürlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə baş verən zəlzələlərdən sonra Mərmərə bölgəsində və xüsusilə də İstanbulda gözlənilən zəlzələ səbəbindən insanlar daha etibarlı yerlərə köçməyə başlayıblar.

Əsas tələb şəhərin Çekmeköy ərazisinədir. Ərazidə daşınmaz əmlak kirayəsi ilə məşğul olanların sözlərinə görə, rayona 1999-cu il zəlzələsindən bəri tələbat var. Bu, son zəlzələlərdən sonra daha da artıb, amma kirayə mənzillər o qədər də çox deyil.

İnsanlar xüsusilə, Üsküdar, Kadıköy, Sultanqazi rayonunda evlərini kirayə verib bu əraziyə gəlirlər.

Bununla yanaşı, tələbatın 40 faizini rayonlararası, 60 faizini isə şəhərkənarı ərazilər təşkil edir. İnsanlar xüsusilə Qara dəniz ətrafı ərazilərə, zəlzələ riskinin az olduğu Kırklareli başda olmaqla, Ədirnə və Tekirdağ kimi vilayətlərə köçürlər.

Mənbə: Milliyet

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri