Apr
2015
18:17
24
153
6826
Virtual karabakh

Rusiyada çayda iki qadının başsız, əl-ayaqsız meyitləri aşkarlandı - YENİLƏNİB

9 Apr, 2015
18:17
6826

Rusiyada çayda iki qadının başsız, əl-ayaqsız meyitləri aşkarlandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar fahişə olublar.

Rusiyada Klyazma çayında tapılmış qadın meyitlərinin fahişələrə məxsus olduğu müəyyən edilib. Bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat yayıb. 

Oxu.Az xəbər verir ki, ilkin versiyaya əsasən, müştərilərdən biri qadınları belə amansız qətlə yetirib. Həmçinin məlumdur ki, qətlə yetirilmiş qadınlar yerli sakinlər olmayıb. Güman edilir ki, onlar qazanc əldə etmək məqsədilə Moskvaya gəliblər. 

11:46

Rusiyanın hüquq-mühafizə orqanları iki qadının qətlə yetirilməsinin səbələrini araşdırır. İki qadının başsız meyitləri çərşənbə günü Podmoskovyedə Klyazma çayında aşkar olunub. 

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə regionun hüquq-mühafizə orqanlarındakı mənbə deyib. 

“Başsız, əl-ayaqsız və çoxsaylı bıçaq xəsarətləri olan iki qadın meyiti Solneçnoqorsk rayonunun Mendeleyevo qəsəbəsində Klayzma çayında aşkar olunub. Onların şxəsiyyətləri və ölüm səbəbləri müəyyən edilir”, - mənbə bildirib.   

Faktla bağlı qətl maddəsi üzrə cinayət işi qaldırılıb. 

www.oxu.az 
 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri