16 
Mar
2023
23:07
45
164
988
Virtual karabakh

Şimali Koreya Yaponiyanın eksklüziv iqtisadi zonası istiqamətində raket atıb

16 Mar, 2023
23:07
988

Şimali Koreya Yaponiyanın eksklüziv iqtisadi zonası istiqamətində raket atıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şimali Koreyanın atdığı ballistik raket təxminən birsaatlıq uçuşdan sonra Yaponiyanın Yapon dənizindəki eksklüziv iqtisadi zonasından kənarda yerə düşüb”.

Bu barədə jurnalistlərə Yaponiya Müdafiə Nazirliyinin rəhbəri Yasukadzu Hamada məlumat verib.

“Bizim hesablamalarımıza görə, raket Koreya yarımadasının cənub hissəsindən 550 km, Hokkaydo adasından təxminən 250 km aralıya düşüb”, - deyə o qeyd edib.

Hamada vurğulayıb ki, Yaponiya Müdafiə Nazirliyi hazırda Şimali Koreyanın bu yeni raket buraxılışı ilə bağlı məlumatları toplamağa və təhlil etməyə davam edir. Yaponiya Müdafiə Nazirliyinin qiymətləndirmələrinə görə, Şimali Koreya bir ballistik raket buraxıb. İlkin hesablamalara görə, raket dik trayektoriya ilə buraxılıb.

Yaponiya Baş naziri Fumio Kişida öz növbəsində aidiyyəti nazirlik və idarələrə göstəriş verib ki, regionda gəmiçilik və hava nəqliyyatının təhlükəsizliyi təmin edilsin. Həmçinin tapşırıb ki, yerli əhaliyə operativ və dəqiq məlumat verilsin, eyni zamanda Şimali Koreyanın yeni raket buraxılışı ilə əlaqədar olaraq istənilən gözlənilməz vəziyyətlərə hazırlıq təmin olunsun. Kişida yaxın vaxtlarda Milli Təhlükəsizlik Şurasının iclasının keçiriləcəyini də bildirib.

Yaponiya Baş nazirinin Dəftərxanası yanında fövqəladə qərargah da yaradılıb ki, bu qərargah raket buraxılışı haqqında məlumatların toplanması və təhlili ilə məşğul olacaq.

Qeyd edək ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri səkkizinci raket sınağıdır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri