20 
Mar
2023
21:46
329
37
1064
Virtual karabakh

Aİ bərpa işləri üçün Türkiyəyə 1 milyard avro kredit ayırdı

20 Mar, 2023
21:46
1064

Aİ bərpa işləri üçün Türkiyəyə 1 milyard avro kredit ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Komissiyası zəlzələdən sonrakı bərpa işləri üçün Türkiyəyə 1 milyard avro kredit, Suriyaya isə 108 milyon avro humanitar yardım ayırıb.

Bunu bazar ertəsi Brüsseldə baş tutan Türkiyə və Suriyaya yardım donorlarının beynəlxalq konfransını açan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyan edib.

“Avropa Komissiyasının Türkiyəyə dəstək üçün 1 milyard avro kredit ayıracağını elan etməkdən məmnunam. Biz həmçinin humanitar yardım və Suriyanın ilkin yenidənqurma işləri üçün 108 milyon avro ayıracağıq. Bundan əlavə, Aİ ölkələri və Avropa maliyyə qurumları birlikdə minlərlə insan üçün seysmik müqaviməti ən yüksək səviyyədə olan evlərin tikintisini təmin etməlidirlər”, - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Qonşu ölkələr arasında ən çox zərər çəkən isə Suriya olub. Türkiyədə zəlzələlərdə ölənlərin sayı 50 mini keçib, 107 mindən çox insan yaralanıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri