20 
Mar
2023
23:55
207
14
1103
Virtual karabakh

Beynəlxalq Donorlar Konfransında Türkiyə və Suriyaya 7 milyard avroluq yardım vəd edildi

20 Mar, 2023
23:55
1103

Beynəlxalq Donorlar Konfransında Türkiyə və Suriyaya 7 milyard avroluq yardım vəd edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 6-da Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkənlər üçün Belçikanın paytaxtı Brüsseldə Aİ-nin dövri sədri olan İsveç tərəfindən təşkil edilən Beynəlxalq Donorlar Konfransı başa çatıb.

Konfransın bağlanışında çıxış edən İsveçin Baş naziri Ulf Kristersson Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün Beynəlxalq Donorlar Konfransında təqribən 7 milyard avro yardım öhdəliyi götürüldüyünü bildirib.

Zəlzələlərdən zərər çəkənlərin tək olmadığını və dəstəyin davam edəcəyini ifadə edən Kristersson yardımlarda geniş iştirakın vacibliyini vurğulayıb.

“Bu konfrans yalnız başlanğıcdır. Qarşıda bizi çox işlər gözləyir. Gələcək həftələr, aylar və illərdə də birlikdə işləməyə davam edəcəyik”, - deyə İsveçin baş naziri bəyan edib.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri