21 
Mar
2023
13:36
33
196
1711
Virtual karabakh

Kerobyan: “Türkiyə ilə quru sərhədinin açılması Ermənistan üçün təhlükə deyil, fürsətdir”

21 Mar, 2023
13:36
1711

Kerobyan: “Türkiyə ilə quru sərhədinin açılması Ermənistan üçün təhlükə deyil, fürsətdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə ilə quru sərhədinin açılması Ermənistan iqtisadiyyatı üçün təhlükə deyil, fürsətdir”.

Bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.

“İdxal baxımından Türkiyə ilə sərhəd uzun müddətdir açıqdır. Türkiyə istehsalçılarının Ermənistanda məhsullarını satmaqda heç bir problemi yoxdur və uzun müddətdir ki, bununla məşğuldurlar. Başqa bir məsələ də ondan ibarətdir ki, erməni şirkətlərinin hələ də Türkiyə bazarlarına giriş imkanı yoxdur. Biz əminik ki, sərhədin açılması təhdiddən daha çox fürsətdir”, - Kerobyan deyib.

O hesab edir ki, bu fürsətdən istifadə etmək üçün erməni şirkətləri öz məhsuldarlığını və səmərəliliyini artırmalıdırlar.

Mənbə: Sputnik Ermənistan

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri