25 
Mar
2023
19:00
405
81
1037
yuxarı
İranda qaz şirkətində güclü partlayış: İki nəfər həlak olub - VİDEO
25 Mar, 2023
19:00
1037
405
81
İranda qaz şirkətində güclü partlayış: İki nəfər həlak olub - VİDEO
İranın Əhvaz şəhərindəki “Butan” qaz şirkətində güclü partlayış baş verib. Hadisə nəticəsində azı iki nəfər həyatını itirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı Xuzistan əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəsmisi Əmir Abbas Nəcəfiyə istinadla xəbər verib.
Yaralıların dəqiq sayı açıqlanmayıb.
Bildirilir ki, zərərçəkənlərə yardım üçün hadisə yerinə dörd əməliyyat qrupu göndərilib.
Hadisənin başvermə səbəbi hələlik bəlli deyil.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək