AVRO-2024: Türkiyə Xorvatiyaya məğlub oldu, İspaniya Şotlandiyada şok yaşadı - VİDEO
AVRO-2024: Türkiyə Xorvatiyaya məğlub oldu, İspaniya Şotlandiyada şok yaşadı - VİDEO
AVRO-2024-ün seçmə mərhələsində II tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə üç qrupda ümumilikdə 7 matç keçirilib.
İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi Xorvatiyanı qəbul edib. Qarşılaşma xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xorvatiyanın qollarına Mateo Kovaçiç 20 və 45+4-cü dəqiqələrdə imza atıb.
A qrupunun favoriti İspaniya Şotlandiyanın qonağı olub. Bu görüşdə sürpriz nəticə qeydə alınıb. İspanlar gözlənilmədən 0:2 hesablı məğlubiyyətlə üzləşiblər.
Şotlandiyanın hər iki qolunu Skot Maktominey vurub.
Seçmə mərhələ
II tur
28 mart
A qrupu
Gürcüstan - Norveç - 1:1
Qollar: Mikautadze, 60 - Sörlot, 15
Şotlandiya - İspaniya - 2:0
Qollar: Maktominey, 7, 51
D qrupu
Türkiyə - Xorvatiya - 0:2
Qollar: Kovaçiç, 20, 45+4
Uels - Latviya - 1:0
Qol: Mur, 41
İ qrupu
İsveçrə - İsrail - 3:0
Qollar: Varqas, 39, Amduni, 48, Vidmer, 52
Rumıniya - Belarus - 2:1
Qollar: Stançiu, 17, Burça, 19 - Morozov, 86
Kosovo - Andorra - 1:1
Qollar: Jeqrova, 59 - Rosas, 61