29 
Mar
2023
16:12
32
355
1460
Virtual karabakh

İran XİN başçısı: “Cənubi Qafqazdakı gərgin vəziyyəti “3+3” formatı çərçivəsində nizamlamaq olar”

29 Mar, 2023
16:12
1460

İran XİN başçısı: “Cənubi Qafqazdakı gərgin vəziyyəti “3+3” formatı çərçivəsində nizamlamaq olar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cənubi Qafqazda yaranmış gərgin vəziyyəti “3+3” formatı çərçivəsində nizamlamaq olar”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

İranlı diplomat bildirib ki, Cənubi Qafqaz regionunda gərginlik nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir.

“Hesab edirik ki, burada sülh və sabitliyə doğru hərəkət etmək lazımdır”, - Abdullahian söyləyib.

İranın xarici işlər naziri Tehranda region ölkələri arasında görüşün keçirilməsini də təklif edib.

Mənbə: Sputnik

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri