30 
Mar
2023
14:16
63
12
1676
Virtual karabakh

İspaniya Kral Futbol Federasiyası “Barselona”nın ulduzundan narazıdır

30 Mar, 2023
14:16
1676

İspaniya Kral Futbol Federasiyası “Barselona”nın ulduzundan narazıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın futbolçusu Qavinin İspaniya millisinin heyətindəki davranışı ölkənin futbol federasiyasını qəzəbləndirib.

Məlumata görə, onun bəzi hərəkətləri qurum rəhbərliyini narazı salıb. Qavi milli komandaların oyunları ilə bağlı fasilə zamanı Malaqada təşkil edilən avtoqraf mərasiminə getməkdən imtina edib. Bundan başqa, gənc ulduz yorulduğunu və dincəlmək istədiyini, eyni zamanda başağrılarını əsas gətirərək, yığmaya getmək istəməyib. Lakin sonda Norveç və Şotlandiya ilə matçlarda iştirak etməli olub.

Qavinin qeydiyyatı məsələsi “Barselona” və İspaniya Kral Futbol Federasiyası arasında problemə səbəb olub. 6 nömrəli forma 18 yaşlı yarımmüdafiəçinin əlindən alınıb və gənclər komandasının üzvü kimi qeydiyyata salınıb.

Mənbə: “Relevo”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri