31 
Mar
2023
13:32
55
247
1932
Virtual karabakh

Rusiya ikinci səfərbərliyə hazırlaşır?

31 Mar, 2023
13:32
1932

Rusiya ikinci səfərbərliyə hazırlaşır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı səfərbərliyin ikinci dalğasını keçirməyi planlaşdırmır.

Baş Qərargahın Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi Vladimir Tsimlyanski bu barədə brifinqdə bildirib.

O qeyd edib ki, mövcud insan resursları kifayət qədərdir.

“Baş Qərargahın planlarında ikinci səfərbərlik dalğası yoxdur. Artıq hərbi xidmətə çağırılmış şəxslər, eləcə də könüllü olaraq əməliyyatda iştirak etmək arzusunu bildirmiş vətəndaşlar qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün kifayət qədərdir”, - deyə Tsimlyanski bildirib.

Mənbə: RBC

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri