Apr
2023
12:17
39
676
14056
Virtual karabakh

Azərbaycanlı iş adamı Türkiyədə ürəyindən güllələndi - FOTO/VİDEO

1 Apr, 2023
12:17
14056

Azərbaycanlı iş adamı Türkiyədə ürəyindən güllələndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Şamil Xalid şəriki Ahmet Dikbaş ilə mübahisədən sonra güllələnib. Hadisə Ankarada baş verib.

Məlumata görə, tütün məmulatlarının satışı ilə məşğul olan iş adamları arasında mübahisə düşüb. Sonda Dikbaş silaha əl atıb və azərbaycanlı şərikinə atəş açıb. Qasıq nahiyəsindən yaralanan Xalid qaçaraq küçədəki ərzaq mağazasına sığınıb. Lakin Dikbaş yaralının ardınca düşərək daha üç atəş açıb. Bu dəfə güllələr Xalidin ürəyinə dəyib.

Hadisə yerinə dərhal polis və təcili yardım cəlb edilib. Dikbaş hüquq-mühafizə orqanları əməkdaşlarına təslim olub.

Azərbaycanlı iş adamı Şamil Xalid isə Ankara Etlik Şəhər Xəstəxanasına aparılıb, lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: Milliyet

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri