20 
Apr
2015
17:13
40
52
1745
Virtual karabakh

Rusiyada Azərbaycan vətəndaşı rüşvətə görə tutuldu

20 Apr, 2015
17:13
1745

Rusiyada Azərbaycan vətəndaşı rüşvətə görə tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, yol qəzası törədib.

Rusiyada Azərbaycan vətəndaşı məhkəmə icraçısına rüşvət verdiyinə görə məhkəmə qarşısındadır. 

Rusiya Federasiyasının İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə istintaq orqanı 39 yaşlı Azərbaycan vətəndaşına qarşı vəzifəli şəxsə rüşvət vermə maddəsi ilə cinayət işi qaldırıb.  

Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, istintaq müəyyən edib ki, cari ilin martın 13-də Azərbaycan vətəndaşı Həştərxan şəhərinin Kirov rayon məhkəməsinin əməkdaşı ilə onun iş kabinetində görüşüb və ona yol qəzası ilə bağlı slğortanın ödənişi ilə bağlı öhdəliyin yerinə yetirilməsinin dayandırılması üçün 5 min rubl rüşvət verib.    

İstintaq kifayət qədər sübut toplayıb və cinayət işi baxılması üçün məhkəməyə göndərilib. 
 
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri