12 
May
2023
01:46
16
266
1288
Virtual karabakh

İslamabaddakı iğtişaşlarda 300-ə yaxın şəxs həbs edilib

12 May, 2023
01:46
1288

İslamabaddakı iğtişaşlarda 300-ə yaxın şəxs həbs edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslamabadda indiyədək ən azı 298 nəfər şəxsi və ictimai əmlaka ziyan vurmaq ittihamı ilə saxlanılıb.

Bu barədə cümə axşamı Pakistan paytaxtının polisi məlumat verib.

“İslamabad polisi bu günə qədər yanğın törətməkdə və zərərli əməllərdə təqsirli bilinən 298 nəfəri saxlayıb. 16 yanğın, şəxsi və ictimai əmlaka ziyan vurma faktı qeydə alınıb”, - polisin “Twitter” səhifəsində deyilir.

Qeyd edək ki, Pakistanın keçmiş baş naziri, müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xanın saxlanılması paytaxt da daxil olmaqla, ölkənin iri şəhərlərində kütləvi etirazlara səbəb olub. Nümayişlər üç gün davam edib və Ali Məhkəmənin siyasətçini azad etməsilə nəticələnib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri