15 
May
2023
12:52
145
19
4073
Virtual karabakh

Moskvada reyslər kütləvi şəkildə ləğv edildi

15 May, 2023
12:52
4073

Moskvada reyslər kütləvi şəkildə ləğv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 15-də Rusiya paytaxtında azı üç hava limanında 19 reys təxirə salınıb. Bunu “Yandex.Schedules” xidmətinin məlumatları sübut edir.

Belə ki, Moskvanın “Domodedovo” aeroportunda üç təyyarənin reysi ləğv edilib, səkkiz reysin vaxtı dəyişdirilib. “Vnukovo”da altı reys gecikib. “Şeremetyevo”da iki təyyarənin uçuşu gecikir.

“Jukovski”də qrafikdə pozuntular barədə məlumat yoxdur.

Moskvanın hava limanlarında sərnişin laynerlərinin yoladüşmə vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi açıqlanmır.

Xatırladaq ki, bundan əvvəl Moskva ilə Antalya arasında uçuşların dayandırılması ilə bağlı xəbər verilmişdi. Rusiya baş konsulluğu məlumatı təkzib edərək, gecikmənin Antalya hava limanında uçuş-eniş zolağında aparılan təmir işləri ilə bağlı olduğunu bildirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri