20 
May
2023
13:09
82
151
1073
Virtual karabakh

“Georgian Airways”in təyyarəsi dörd ildən sonra ilk dəfə Moskvaya eniş edib - YENİLƏNİB + FOTO/VİDEO

20 May, 2023
13:09
1073

“Georgian Airways”in təyyarəsi dörd ildən sonra ilk dəfə Moskvaya eniş edib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın “Georgian Airways” aviaşirkətinin təyyarəsi Moskvada Vnukovo hava limanına enib.

Qeyd edək ki, bu, şirkətin son dörd ildə Rusiya paytaxtına ilk birbaşa uçuşudur.

İlk Rusiya uçuşundan fərqli olaraq, bu uçuş daha səs-küysüz keçib, enişdən sonra alqış səsləri belə olmayıb.

10:19

Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” Tbilisidən Moskvaya birbaşa uçuşlara başlayıb.

Təyyarə saat 08:00-da Tbilisi Beynəlxalq Hava Limanından havaya qalxıb.

Təyyarənin Moskvanın Vnukovo hava limanına yerli vaxtla saat 10:15-də enməsi gözlənilir.

Bu barədə “Georgian Airways” şirkətindən məlumat verilib.

Bildirilib ki, Moskvaya uçan ilk təyyarənin göyərtəsinin yarıdan çoxu doludur. Gürcüstanın milli aviadaşıyıcısı həftədə yeddi dəfə Rusiya paytaxtına uçacaq.

“Georgian Airways” uzun müddətdən sonra Gürcüstan və Rusiya Federasiyası arasında birbaşa uçuşlar həyata keçirməyə başlayan ikinci aviaşirkət olub. Rusiyanın “Azimut” şirkətinin təyyarəsi mayın 19-da son dörd ildə ilk dəfə Moskvadan Tbilisiyə uçuş edib. İyun ayından Rusiyanın “Red Wings” aviaşirkəti də Gürcüstana uçuşlara başlayacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri