İyn
2023
04:56
46
146
4711
Virtual karabakh

Putinin saxta videomüraciəti yayımlandı - VİDEO

6 İyn, 2023
04:56
4711

Putinin saxta videomüraciəti yayımlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın bir sıra regionlarında hərbi vəziyyətlə bağlı Putinin saxta videomüraciəti yayılıb.

Burada söhbət hərbi vəziyyətin tətbiqindən və tam səfərbərliyin elan edilməsindən gedib.

“Vətəndaşlar, qardaş və bacılar! Bu gün səhər saat dörddə NATO blokunun dişinə qədər silahlanmış Ukrayna qoşunları Vaşinqtonun razılığı və dəstəyi ilə Kursk, Belqorod və Bryansk vilayətlərinin ərazilərinə soxulublar. Sərhədçilərimiz və Silahlı Qüvvələrimiz işğalçının üstün qüvvələrinə layiqli cavab veriblər. Kursk, Belqorod, Bryansk vilayətlərinin ərazisində mənim fərmanımla hərbi vəziyyət tətbiq olunub. Bu gün mən də ümumi səfərbərlik haqqında fərman imzalayacağam, çünki təhlükəli və məkrli düşməni məğlub etmək üçün Rusiya Federasiyasının bütün qüvvələrini birləşdirməliyik”, - deyə videomüraciətdə bildirilib.

Oxşar müraciət bir sıra radiostansiyaların efirində də yayımlanıb. Lakin sonradan məsələnin həqiqətə uyğun olmadığı üzə çıxıb.

Qeyd olunub ki, video “deep fake” texnologiyası əsasında hazırlanıb və yayım dalğalarının qanunsuz ələ keçirilməsi vasitəsilə efirdə yayımlanıb.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri