23 
Okt
2023
16:24
23
121
5450
Virtual karabakh

Dünyanın ən yaşlı iti öldü - FOTO

23 Okt, 2023
16:24
5450

Dünyanın ən yaşlı iti öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın Konqeyruş kəndində yaşayan dünyanın ən yaşlı iti ölüb.

Bu barədə “Ginnesin Rekordlar Kitabı”nın saytında məlumat verilib.

Bobi adlı it 2 fevral 2023-cü ildə dünyanın həyatda olan ən yaşlı iti və tarixin ən yaşlı iti kimi tanınıb. 

“Bobi 31 il 165 gün yaşayıb və oktyabrın 21-də Portuqaliyanın Konqeyruş kəndində, Kosta ailəsi ilə birlikdə bütün ömrünü yaşadığı evində vəfat edib”, - deyə məlumatda bildirilib.

Sahiblərinin sözlərinə görə, Bobinin uzunömürlü olmasında səbəb onun bütün ömrünü şəhərətrafı bölgədə, təbiətin qoynunda və sakit mühitdə keçirməsi olub.

Mənbə: News.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri