14 
Fev
2024
17:22
57
15
3130
Virtual karabakh

“Mercedes” 2024-cü il mövsümü üçün avtomobilinin dizaynını dəyişdi - FOTO

14 Fev, 2024
17:22
3130

“Mercedes” 2024-cü il mövsümü üçün avtomobilinin dizaynını dəyişdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın “Mercedes” şirkətinin “Formula-1” üzrə dünya çempionatında çıxış edən komandası növbəti mövsümdə yarışacağı avtomobili təqdim edib.

Yeni bolid “W15” indeksini alıb.

Qeyd edək ki, keçən mövsümlə müqayisədə avtomobilin dizaynı dəyişib. Belə ki, “W14” demək olar ki, tamamilə qara idi, indi isə boz rəngə qayıdıb.

Xatırladaq ki, “Mercedes” 2023-cü il mövsümündə Mühəndislər Kubokunda ikinci yeri tutub. Kuboku Avstriyanın “Red Bull” yarış komandası qazanıb.

Daha əvvəl məlum olmuşdu ki, yeddiqat dünya çempionu britaniyalı Lyuis Hemilton 2024-cü il mövsümünün sonunda “Mercedes”i tərk edərək “Ferrari” pilotu olacaq, moneqask Şarl Lekler isə onun tərəfdaşı qismində çıxış edəcək.

Mənbə: Championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri