Mar
2024
06:19
58
12
2886
Virtual karabakh

Horner “Formula-1”in üçqat çempionunun atasını təcavüz qalmaqalını qızışdırmaqda ittiham edib - FOTO

4 Mar, 2024
06:19
2886

Horner “Formula-1”in üçqat çempionunun atasını təcavüz qalmaqalını qızışdırmaqda ittiham edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1”in “Red Bull” komandasının rəhbəri Kristian Hornerin ətrafında yaranan qalmaqalın təşkilində üçqat “Formula-1” çempionu olan niderlandlı Maks Ferstappenin atası Yos Ferstappenin əli olub.

Bununla bağlı Horner fikir bildirib.

“Red Bullun”un rəhbəri Qran-pri zamanı baş verən elektron məktubların sızmasında və bununla da qalmaqalın yenidən qızışmasında “Formula-1”in üçqat çempionunun atasının əli olduğunu ehtimal edir. Ferstappenin atası isə bütün ittihamları rədd edir.

Xatırladaq ki, fevralın 16-da məlum olub ki, “Red Bull”un əməkdaşlarından biri Horneri cinsi təcavüzdə ittiham edib. Buna cavab olaraq Horner bu məlumatı dərc edən nəşri məhkəməyə verib və onlardan da təkzib xəbəri yazmağı tələb edib.

Fevralın 28-də isə şirkətin baş ofisi tərəfindən aparılan daxili araşdırmadan sonra Hornerə bəraət verilib. Ona qarşı bütün ittihamlar ləğv edilib və o, yarış komandasının rəhbəri vəzifəsini qoruyub saxlayır.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri