10 
Mar
2024
00:28
26
49
2697
Virtual karabakh

“Formula-1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi müəyyən olunub

10 Mar, 2024
00:28
2697

“Formula-1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi müəyyən olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisində qələbə qazanıb.

Onun komanda yoldaşı meksikalı Serxio Peres ikinci yeri tutub. İlk üçlüyü “Ferrari”dən monakolu Şarl Lekler bağlayıb.

“Ferrari”nin ispan pilotu Karlos Sayns yarışı buraxıb. Cümə günü məlum olub ki, idmançı əməliyyat olunub. Onu 18 yaşlı “Formula-1”də debüt edən britaniyalı Oliver Berman əvəzləyib.

Mövsümün ilk iki yarışından sonra Maks Ferstappen sürücülərin, “Red Bull” isə komandaların sıralamasında birincidir.

Qeyd edək ki, “Formula-1”in növbəti mərhələsi martın 22-dən 24-dək Avstraliyada keçiriləcək.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri