19 
Mar
2024
07:09
86
39
2219
Virtual karabakh

Fatih Sultan Mehmetin talisman medalyonu satışa çıxarıldı

19 Mar, 2024
07:09
2219

Fatih Sultan Mehmetin talisman medalyonu satışa çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fateh Sultan Mehmetə məxsus olduğu iddia edilən bürünc medalyon 82 milyon lirəyə satışa çıxarılıb. Hərrac evi Fatehin medalyonu talisman kimi boynunda daşıdığını bildirib.

Qeyd edək ki, Fateh Sultan Mehmet Osmanlı İmperatorluğunun indiyə qədər gördüyü ən böyük hökmdarlardan biri olub. İmperatorluğun yeddinci hökmdarı olan Fateh Mehmet gənc yaşlarında bir çox hərbi uğurlara imza atıb.

Ancaq adını tarixə yazdıran Sultan II Mehmetin ən böyük uğuru İstanbulun fəthi olub və ona “Fateh” titulunu qazandırıb.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri