19 
Mar
2024
05:11
65
37
3952
Virtual karabakh

Rusiyada həkimlər uşağın bədənindən qəlsəmə çıxarıblar - FOTO

19 Mar, 2024
05:11
3952

Rusiyada həkimlər uşağın bədənindən qəlsəmə çıxarıblar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada həkimlər nadir patologiyası olan azyaşlı xəstəni əməliyyat ediblər. Dörd yaşlı uşağın boynunda qəlsəmə olub.

Bu barədə tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

Həkimlərin fikrincə, belə bir anadangəlmə patologiya yalnız cərrahi yolla aradan qaldırıla bilər. Lazımi müayinələrdən sonra xəstə əməliyyat olunub. Bir neçə saat davam edən əməliyyat uğurla başa çatıb.

“Törəmə açılanda tağlı sümük strukturu aşkar edilib. Bu, çox nadir rast gəlinən anomaliyadır”, - deyə xəstəxananın uşaq cərrahiyyəsinin rəhbəri Viktoriya Jironkina bildirib.

Müdaxilədən sonra uşaq özünü yaxşı hiss edib və artıq evə buraxılıb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri