19 
Mar
2024
04:19
34
165
1253
Virtual karabakh

Vaşinqton və Tokio kosmosda nüvə silahının yerləşdirilməsi ilə bağlı qətnamə layihəsi hazırlayıblar

19 Mar, 2024
04:19
1253

Vaşinqton və Tokio kosmosda nüvə silahının yerləşdirilməsi ilə bağlı qətnamə layihəsi hazırlayıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vaşinqton və Tokio BMT-nin Təhlükəsizlik Şurasının kosmosda nüvə silahının yerləşdirilməsinin qadağan edilməsini təsdiq edən qətnamə layihəsi hazırlayıblar.

Bunu ABŞ-nin BMT-dəki səfiri Linda Tomas-Qrinfild təsdiqləyib.

“Yer ətrafında orbitdə nüvə silahının yerləşdirilməsi, təhlükəli və qəbuledilməz hal olardı. Ölkələr Kosmik Müqavilənin dördüncü maddəsinə uyğun olaraq öz öhdəliklərinə əməl etməlidirlər (Yerin orbitinə nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahları olan hər hansı obyektin yerləşdirilməsini qadağan edir - red.) Biz hələ bu müqaviləyə qoşulmamış bütün ölkələri Yer kürəsinin orbitində yerləşdirilməsi üçün yaradılan nüvə silahı və ya hər hansı digər kütləvi qırğın silahlarını inkişaf etdirməməyə çağırırıq”, - deyə Tomas-Qrinfild bildirib.

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, Yaponiya qəti şəkildə inanır ki, kosmos nüvə silahı olmayan ərazi olaraq qalmalıdır.

“Bizim ortaq məsuliyyətimiz Kosmos Müqaviləsi də daxil olmaqla, mövcud hüquqi bazaya hörmət etməkdir”, - deyə o əlavə edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri