19 
Mar
2024
00:54
58
124
4755
Virtual karabakh

Nataliya Oreyro gizli şəkildə Rusiyaya gedib - VİDEO

19 Mar, 2024
00:54
4755

Nataliya Oreyro gizli şəkildə Rusiyaya gedib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uruqvaylı aktrisa və müğənni, “Vəhşi mələk” serialının ulduzu Nataliya Oreyro gizli şəkildə Rusiyanın paytaxtı Moskvaya gedib.

Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Aktrisa Rusiya istehsalı olan “Şaxta babaya məktub” filminin çəkilişlərinin aparıldığı Sankt-Peterburqdan “Sapsan” sürət qatarı ilə paytaxta çatıb.

Qeyd olunub ki, Oreyronun Moskvaya gedişi diqqətlə gizlədilib. Ulduz jurnalistlərin qarşısına üzünü şərflə örtərək çıxıb.

Müğənni mühafizəçilərin əhatəsində maşına minib və demək olar ki, dərhal həmin yerdən uzaqlaşıb.

Mənbə: “Mash” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri