19 
Mar
2024
13:52
37
155
2583
Virtual karabakh

Stoltenberq İrəvanda: “Davamlı sülhə nail olmaq imkanları var” - YENİLƏNİB + FOTO/VİDEO

19 Mar, 2024
13:52
2583

Stoltenberq İrəvanda: “Davamlı sülhə nail olmaq imkanları var” - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cənubi Qafqaz regionunda sabitlik Avro-Atlantik regionu üçün olduqca vacibdir”.

Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinq zamanı deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycanın davamlı sülhə nail olmaq imkanları var.

Bu baxımdan Stoltenberq Ermənistanı xalqlar üçün davamlı sülhün bərqərar olmasına və məsələnin nizamlanmasına yol açacaq razılaşmanın əldə olunmasına çağırıb.

12:56

NATO-nun baş katibi Yens Stoltenberq İrəvana səfər edib.

Stoltenberqi İrəvanın “Zvartnots” hava limanında Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan və xarici işlər nazirinin müavini Vaan Kostanyan qarşılayıblar.

NATO baş katibinin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşlər keçirməsi nəzərdə tutulub.

Mənbə: Erməni KİV

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri