21 
Mar
2024
05:23
95
27
3847
Virtual karabakh

Şumaxerin saatları hərraca çıxarılacaq - FOTO

21 Mar, 2024
05:23
3847

Şumaxerin saatları hərraca çıxarılacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin kolleksiyasından onun karyerasında baş verən mühüm hadisələrlə bağlı səkkiz saat ailəsi tərəfindən mayın 13-də Cenevrədə “Christie’s” auksionunda satışa çıxarılacaq.

Saatların satışından milyonlarla dollar xeyir gələcəyi güman edilir.

Kolleksiyada Ferrari komandasının lideri Jan Todtun sürücüyə təqdim etdiyi “F.P Journe Vagabondage” unikal model var. Saat platin korpusa malikdir, üzərində “Ferrari” loqosu və Şumaxerin dəbilqəsi əks olunub.

Hərrac nümayəndəsinin fikrincə, həmin saat ən azı 1,1 milyon dollara satıla bilər.

Qeyd olunur ki, Şumaxer “Audemars Piguet” markası ilə xüsusi olaraq onun spesifikasiyasına uyğun hazırlanmış saatlar yaradılması üzərində işləyib.

Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

Mənbə: Bloomberg

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri