22 
İyl
2015
14:38
14
72
1903
Virtual karabakh

“Jamanak”: Permyakovun məhkəməsi avqustun 10-da başlanacaq

22 İyl, 2015
14:38
1903

“Jamanak”: Permyakovun məhkəməsi avqustun 10-da başlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya tərəfi razılıq verib”.

Ermənistan respublikası və Rusiya Federasiyasının müvafiq strukturları arasında əldə edilmiş razılıq çərçivəsində Valeri Permyakovun işi üzrə məhkəmə prosesi avqustun 10-da başlamalıdır. İlk məhkəmə iclası Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının ərazisində baş tutacaq.

Oxu.Az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Jamanak” qəzeti yazıb.

“Rusiya tərəfi Permyakovun işi üzrə ittihamı açıqladıqdan sonra, gələcək istintaqın erməni tərəfinin sərəncamına verildiyi elan ediləcək.

Bu zaman məhkəmə iclası yarımçıq saxlanıla bilər, artıq Permyakov Ermənistan respublikasının hüquq-mühafizə orqanlarının nəzarətinə veriləcək. Mənbəmizin iddiasına görə, məhkəmədən sonra Permyakovun öz cəzasını Ermənistan ərazisində çəkməsinə Rusiya tərəfi razılıq verib”, - “Jamanak” qeyd edib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri