25 
Mar
2024
04:23
119
25
7157
Virtual karabakh

Fotoqraf Ayın yaxınlığında UNO-nun şəklini çəkdi: Mənşəyini izah edə bilmədi - FOTO

25 Mar, 2024
04:23
7157

Fotoqraf Ayın yaxınlığında UNO-nun şəklini çəkdi: Mənşəyini izah edə bilmədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son dəfə Ayın fotoşəkilini çəkən zaman məşhur alman astrofotoqrafı Sebastyan Voltmer peykin səthinin üstündə uçan naməlum obyektin (UNO) şəklini çəkib və təsvirdəki sirli artefaktın mənşəyi ilə bağlı heç bir məntiqi versiya təklif edə bilməyib.

Voltmerin sözlərinə görə, UNO obyektiv qarşısında parlayaraq, sürətlə uçub. Sirli obyekt yüksək sürətlə hərəkət etdiyi üçün fotoşəkildə zəif görüntülənib.

Əvvəlcə Voltmer onun fotosunda bir peyk və ya kosmik stansiyanın olduğunu təxmin edib. Sonradan bu versiya rədd edilib, çünki adətən onlardan heç biri Ayın yanından belə tez keçmir.

Həmçinin, meteor versiyası da irəli sürülüb, lakin o da rədd edilib, çünki obyektin xarakterik atributu olan “quyruq” hissəsi yox idi. Bu versiyanı həmçinin, UNO-nun hərəkət sürəti də şübhə altına alınır. Bundan əlavə, Beynəlxalq Meteor Təşkilatında Voltmerin çəkilişi zamanı heç bir uçan ulduzla bağlı qeyd olmayıb.

Fotoqraf UNO-nun 100-200 kilometr hündürlükdə Yer kürəsinin yanından keçdiyinə inanır.

Mənbə: Daily Star

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri