26 
Mar
2024
03:41
120
20
2182
Virtual karabakh

Rusiya səmasında uçan naməlum obyekt göründü - VİDEO

26 Mar, 2024
03:41
2182

Rusiya səmasında uçan naməlum obyekt göründü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xabarovsk və Komsomolsk-na-Amur şəhərləri üzərində səmada yanan izə malik naməlum obyekt görünüb.

Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun baş elmi işçisi Nikolay Jeleznov izah edib ki, bu, əvvəllər buraxılmış raketin və ya asteroidin qalıqları ola bilər.

“Çox güman ki, bu, Yerə uçan bir növ asteroid olub. Yerə ildə təxminən yüz minlərlə meteorit maddəsi düşür. Bunlar adətən bəzi kiçik çınqıllar, uçan toz hissəcikləri, kometa və meteor dəstələri şəklində olur. Raket buraxılışlarının da olub-olmadığını yoxlamaq lazımdır”, - deyə o bildirib.

Jeleznovun sözlərinə görə, Pons-Bruks kometasının səmada göründüyünə dair məlumatlar qətiyyən yanlışdır.

Qeyd edək ki, martın 25-də internetdə Xabarovsk və Komsomolsk-na-Amur şəhərlərinin sakinlərinin səmada naməlum uçan obyekti gördüklərinə dair məlumatlar yayılıb. Yerli media bunun 1812-ci ildə kəşf edilən Pons-Bruks kometası olduğunu iddia edib.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri