26 
Mar
2024
18:48
177
20
1825
Virtual karabakh

“Report”un direktoru: “Solovyovun açıqlamaları etnik ədavəti qızışdırmağa yönəlib” - VİDEO

26 Mar, 2024
18:48
1825

“Report”un direktoru: “Solovyovun açıqlamaları etnik ədavəti qızışdırmağa yönəlib” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı jurnalist Vladimir Solovyovun Moskva vilayətində yerləşən “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı açıqlamaları etnik ədavətin qızışdırılmasına və Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanmasına yönəlib.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Baku TV” kanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Solovyovun “Rossiya” telekanalında öz proqramında dedikləri Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirir.

“Hamımıza məlum olduğu kimi, Solovyov terror aktından sonra deyib ki, guya onun iştirakçıları arasında azərbaycanlı soyadları eşidib. Amma veriliş yayımlanan zaman bu terror aktının əsas şübhəliləri, icraçıları artıq məlum idi və orada Azərbaycan soyadlı heç kim yox idi. Üstəlik, terror aktının “Crocus City Hall”da, məlum olduğu kimi, azərbaycanlılara məxsus olan məkanda törədilməsini xüsusi vurğulamaq da etnik nifrətin qızışdırılması cəhdinin bariz göstəricisidir”, - o bildirib.

“Report”un direktoru qeyd edib ki, rusiyalı jurnalistin erməni diasporu ilə kifayət qədər sıx əlaqələri var.

“Bu əlaqələrə görə Solovyov nəinki jurnalist peşəsi üçün tələb olunan obyektivlik və qərəzsizlik meyarlarını görməzdən gəlir, eləcə də Rusiyanın dövlət maraqlarına məhəl qoymur. Bu, artıq Rusiya Federasiyasının istintaq orqanlarının Solovyovun fəaliyyətini araşdırması və ona qarşı tədbirlər görməsi üçün əsasdır”, - F.Hüseynəliyev vurğulayıb.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri