28 
Mar
2024
11:32
65
43
888
Virtual karabakh

İki ölkə arasında gərginlik: Kolumbiya bütün argentinalı diplomatları deportasiya edir

28 Mar, 2024
11:32
888

İki ölkə arasında gərginlik: Kolumbiya bütün argentinalı diplomatları deportasiya edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kolumbiya ölkədəki bütün argentinalı diplomatları deportasiya edəcək.

Bu barədə Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada məlumat verilib.

Buna səbəb Argentina Prezidenti Xavyer Mileyin Kolumbiya Prezidenti Qustavo Petronu “qatil terrorçu” adlandırması olub.

Nazirlikdən verilən açıqlamada Mileyin Petro haqqında bu ifadələri qəbuledilməz adlandırılıb.

Həmçinin xatırladılıb ki, Qustavo Petro Kolumbiya xalqının azad iradəsi nəticəsində demokratik şəkildə seçilib.

“Argentina prezidentinin açıqlamaları xalqımızın etibarına xələl gətirdiyi kimi, demokratik yolla seçilmiş dövlət başçısı Petronun da ləyaqətini alçaltdı”, - deyə nazirliyin bəyanatında bildirilib.

Qeyd edək ki, Xavyer Miley CNN-ə verdiyi müsahibədə Petro haqqında “Qatil terrorçu olan birindən çox şey gözləmək olmaz” ifadəsini işlədib.

Yerli mətbuatın xəbərinə görə, Kolumbiya Xarici İşlər Nazirliyinin deportasiya qərarı diplomatik kanallarla Argentina səfirliyinə çatdırılacaq.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri