29 
Mar
2024
10:08
118
21
1763
Virtual karabakh

Lavrovdan İrəvana sərt sözlər: “Aİ missiyası Şimali Atlantika Alyansının missiyasına çevrilir”

29 Mar, 2024
10:08
1763

Lavrovdan İrəvana sərt sözlər: “Aİ missiyası Şimali Atlantika Alyansının missiyasına çevrilir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı (KTMT) dəfələrlə Ermənistanın maraqlarını müdafiə edib. İrəvanla Bakı arasındakı münasibətlərdəki gərginliyi azaltmaq üçün 2021-ci ildə öz sülhməramlı missiyasını Ermənistana göndərməyə hazır olub”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına verdiyi açıqlamada qeyd edib.

Rusiyalı diplomat vurğulayıb ki, hətta KTMT missiyasının mandatı 2021-ci ilin payızında tam razılaşdırılmışdı.

“Biz gecəyə qədər oturduq, hər şeyi təsdiqlədik, səhər prezidentlər və baş nazirlər artıq görüşəndə Paşinyan konsensusun olmadığını bildirdi. Bir neçə gün sonra Paşinyan Avropa İttifaqının (Aİ) sülhməramlı missiyasını Ermənistana dəvət etdi. Rəsmi İrəvan Azərbaycana bunun cəmi iki ay çəkəcəyini vəd etmişdi. İki aydan sonra isə Aİ bu missiyanı ikiqat artırdı. İndi Kanada, Norveç və ABŞ-dən olan hərbi personal ora göndərilir və bu missiya Şimali Atlantika Alyansının missiyasına çevrilir”, - nazir qeyd edib.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri