29 
Mar
2024
22:48
124
13
916
Virtual karabakh

Rusiya səfiri: “ABŞ Ermənistanla münasibətlərə Rusiya ilə qarşıdurma kontekstində baxır”

29 Mar, 2024
22:48
916

Rusiya səfiri: “ABŞ Ermənistanla münasibətlərə Rusiya ilə qarşıdurma kontekstində baxır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vaşinqton İrəvanla münasibətlərə Moskva ilə qarşıdurma kontekstində baxır, bu, təhlükəlidir və Ermənistanla Rusiya Federasiyası arasında münasibətlərə ziyan vura bilər”.

Bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

O bildirib ki, İrəvanla Moskvanın münasibətləri geniş qarşıdurma obyektinə çevrilir.

“Bu, çox pis, çox təhlükəlidir, əgər Ermənistan tərəfinin münasibətlərimizin bütün istiqamətlər üzrə müdafiəsini təşkil etmək üçün kifayət qədər siyasi iradə olmasa, bu, həqiqətən də münasibətlərimizə real ziyan vura bilər”, - deyə o əlavə edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri